Bakıda qətl törədilib.APA xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu ərazində Rasim Xəlilov arvadı Misri Xəlilovanı özünə məxsus ov tüfəngi ilə güllələyərək öldürüb, sonra özünü güllə ilə vuraraq intihar edib. Məlumatda qeyd olunub ki, ailədə indiyə qədər münaqişə olması ilə bağlı polisə məlumat daxil olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb. Araşdırma aparılır.
Çap