Menu
24 mar 18:27XƏBƏR LENTİ / Siyasət

Rusiya Azərbaycandan üzr istədi

“Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib”.
Bu barədə APA-ya Rusiya Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:
“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, – deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.
Çap
As it heads into its 27th anniversary, the Nike Air Max 95 has emerged as part of the brand’s partly-recycled Next Nature collection.  Shoes Sale Blog

Komment Əlavə et