Menu
15 mar 18:10XƏBƏR LENTİ / Gündəm

Baş nazir deputatları narahat olmamağa çağırdı: taxılımız var

Milli Məclisin iclasında bir sıra deputatlar Ukraynadakı müharibə ilə əlaqədar olaraq yarana biləcək taxıl böhranından narahatlıqlarını ifadə etdillər.
Baş nazir Əli Əsədov isə çıxışlara reaksiyasında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətdən bəhs etdi. Baş nazir dedi ki, fevral ayına qədər Azərbaycanın buğda idxalında əsas tərəfdaşı qonşu Rusiya olub. “Ötən il 225-240 dollara qədər qiyməti olan buğdanın bir tonunun qiyməti 340 dollara qədər bahalaşıb. Unun 26 manatdan 36 manata qalxmasını subsidiyalaşdırdıq ki, insanlar əziyyət çəkməsin. Son günlər davam edən proseslər, idxalımızın əsas mənbəyi olan Rusiyaya qadağalar və sair səbəblər taxıl məhsullarının bahalaşmasına səbəb olub”, Ə.Əsədov bildirdi.
Əli Əsədov dedi ki, Azərbaycan əhalisi hər ay təqribən 100 min ton taxıl istehlak edir və mövcud durum narahatlığa əsas vermir. Bununla yanaşı, hökumət riskləri nəzərə alaraq ehtiyat tədbirlərini də həyata keçirir.
Çap
TOM
The Nike Air Max 95 “Matte Olive” aka “Rough Green” is now releasing at retailers as this variation of the runner emits military flair with its “Medium Olive/Black-Rough Green” color scheme. Designer Shoes Online

Komment Əlavə et