Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən İlham Əhmədova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
İ.Əhmədovun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, hadisə ötən ilin oktyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, İ.Əhmədov şəxsi münasibətlər zəminində bacısının həyat yoldaşı Asif Əliyevi bıçaqlayıb.
Yaralı təcili tibbi yardım briqadasını köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Daha sonra İ.Əhmədov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.(report.az)
Çap