Rusiya Fitosanitar Nəzarəti Dövlət Xidməti –“ Rosselxoznadzor” ölkəyə tərəvəz idxalına qoyduğu bütün məhdudiyyətləri ləğv edib.
TASS-a isitnadən xəbər veririk ki, qurum bu qərarı ixracatçı ölkələrin Rusiya dövlət qurumlarının təhlükəsizlik tələblərinə əməl edəcəklərini müəyyənləşdirərək verdiyini açıqlayıb. Qərara əsasən martın 5-dən etibarən Ermənistan və Azərbaycandan pomidor, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistdan pomidor və bibər, Misirdən kartof, Türkiyədən pomidor, bibər, kabaçki, badımcan idxalına qoyulan bütün məhdudiyyətlər aradan qaldırılır. Qeyd edək ki, Qərb dövlətlərinin tətbiq etdiyi kəskin sanksiyalar üzündən Rusiya bazarına Mərakeşdən tərəvəz idxalı kəskin azalıb.
(musavat.com)
Çap