Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov həbs olunublar. Oxu.Az-a istinadən xəbər veririk ki, bu barədə məhkəmə qərar çıxarıb. Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayev və Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı.
Çap