Xəbər verdiyimiz ki, Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar artistlər Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayeva Xalq artisti adına layiq görülüb.Tünzalə Ağayeva fəxri ad alması ilə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb.
Dövlət başçısına təşəkkür edən müğənni sevincini belə ifadə edib:
“Bu gün unutmayacağım hisslərlə doludur, hər kəsə ayrıca təşəkkürümü bildirirəm, dəyərli izləyənlərim, tamaşaçılarım… Çox sevincliyəm, o qədər aşıb-daşan duyğularım var ki, bilmirəm hansından başlayım...
Mənə verilən dəyər və etimada görə bir sənət adamı və vətəndaş kimi hörmətli Cənab Prezidentə, Dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadı daşımaqdan qürur duyuram. Bu adı hər zaman ən gözəl və layiqli şəkildə daşımağa çalışacam. 2006-cı ildə Əməkdar artist adı aldığım gün sevinc göz yaşlarımı xatırlayıram. İndi isə ikinci dəfə belə bir hal və sevinc yaşayıram. Bu ad mənim üçün ikiqat sürpriz oldu. Çünki, bu gün həm də doğum günümü qeyd edirəm”.
Çap