Bakıda quyuya atılaraq öldürülən 4 yaşlı Məryəmin atası Taleh Allayarovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.
APA-nın məlumatına görə, Xəzər rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.Qərara əsasən, T. Allahyarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında iştirak edib.
Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.
Xəzər rayon Prokurorluğunda 4 yaşlı qızın öldürülməsi faktı ilə Cinayət Məcəlləsinin 133.2.4 və 126.3-cü maddələri cinayət işinin istintaqı aparılır və həmin xüsusatla bağlı zərərçəkmişin atası Taleh Allayarov şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. M. Mansurov barəsində həbs qətimkan tədbiri seçilib.(musavat.com)
Çap