Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub.
“Report”a istinadla xəbər veririk ki, bunu dövlət başçısı tviterdə yazıb. R.T.Ərdoğanda koronavirusun “Omikron” ştamı aşkarlanıb.
“Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, - Prezident bildirib.
Musavat.com xəbər verir ki, Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğan da koronavirusa yoluxub.
Allah şəfa versin!
Çap