Menu
21 okt 00:34XƏBƏR LENTİ / Hadisə

Azərbaycanlı Rusiyada sevgilisini ağır yaralayıb, rəfiqəsini öldürüb

Azərbaycanlı gənc Sankt-Peterburqda rusiyalı sevgilisini yaralayıb, onunla bir mənzildə kirayə qalan qızı öldürüb.
APA-nın “Moskovskiy komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, bıçaqla yaralanmış qızlar şəhərin Marşal Novikov küçəsində kirayə qaldıqları mənzildə aşkarlanıblar.
Qızlardan biri ölüb, digər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qızlara oktyabrın 19-da hücum edilib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş qızın anası deyib ki, 34 yaşlı Azərbaycan vətəndaşı qızının sevgilisi olub, onlar bir neçə ay əvvəl ayrılıblar. Hələ sevgili olduqları zaman gənc qızı döysə də, sonra barışıblar və həmin hadisədən sonra bir müddət görüşüblər.
Faktla bağıl araşdırma aparılır.
Çap
Komment Əlavə et