Menu
20 okt 00:15XƏBƏR LENTİ / Şou biznes

Roza Zərgərli Abbas Bağırova söz atdı: "Üzr istəməsə..." - Qalmaqal

"Dərmandan zəhərlənmişdim. Ayağımda problem var. Ağrı kəssin deyə dərmanı çox içdim. O da əks təsir verdi və dəri zəhərlənməsinə səbəb oldu. İş qrafikim çox sıxdır. Heydər Əliyev adına Sarayda konsert verdikdən sonra ayağımı əməliyyat elətdirəcəm".
Bu sözləri açıqlamasında müğənni Roza Zərgərli deyib. O, estetik əməliyyat etməsi haqqında yayılan şayiələrə də aydınlıq gətirib:
"Bədənimdə heç bir əməliyyat izi yoxdur. Amma bir az yaşlanandan sonra üzümü səliqəyə salaram. Çünki səhnə adamıyam. Üzümdə estetik əməliyyata ehtiyac yoxdur. Burnum yerindədir".
Roza Zərgərli küsülü olduğu həmkarı Abbas Bağırovla münasibətinə də aydınlıq gətirib:
"Üzr istəməsə, barışmayacam. Onunla tədbirlərdə üz-üzə gəlirik. Amma mənim üçün önəm daşımır. Yaxşı bilir ki, haqsızdır. Mən boş yerə heç kimdən incimirəm. Daha çox böyüklük göstərirəm. Sadəcə aktyorluq edir. İnsanlar hər şeyi görür".
İfaçı müəllimə kimi fəaliyyətə başladığını da etiraf edib.
Qeyd edək ki, Roza Zərgərli ilə Abbas Bağırovun “Maşın” şounun “Xanımlar və cənablar-2” sürətində münasibətləri pisləşib. Buna səbəb Roza Zərgərlinin Abbas Bağırovu oyundan çıxarması olub.(teleqraf.com)
Çap
Komment Əlavə et