“Bu yaxınlarda bəzi dövlətlərin rəhbərləri əsassız bəyanatlar verdilər ki, Özbəkistan Qazaxıstanda baş verənlərdən ibrət götürməlidir".
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
"Biz regiondakı vəziyyəti, onun təhlükəsizliyi üçün bütün çağırışları və təhdidləri diqqətlə izləyirik. Bizim istənilən təhlükəyə adekvat cavab vermək üçün bütün lazımi potensial və gücümüz var”, - deyə Mirziyoyev bildirib.
Qeyd edək ki, yanvarın 10-da KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanda baş verənlərdən ibrət dərsi alınmasa, Özbəkistanda da bunun təkrarlana biləcəyi fikrini bildirib.
Çap