"İkinci dozadan sonra hazırda istifadə olunan COVID pasportlarının vaxtına məhdudiyyət qoyulur. Fevral ayının 15-dən sonra COVID pasportlarının müddəti 6 ay müəyyən edilir".
Bu sözləri brifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib:
"İkinci dozadan 6 ay keçdikdən sonra COVID pasportu artıq öz qüvvəsini itirir. Vaxtı keçmiş COVID pasportu ilə müəyyən yerlərə daxil olmaq mümkün olmayacaq".
(musavat.com)
Çap