Bu gün saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olması ilə bağlı bəzi məqamlar üzə çıxıb.
İlkin araşdırmalardan sonra həyatını itirən mülki şəxslərin erməni silahlıları tərəfindən basdırılmış tank əleyhinə olan minanın üzərinə yerləşdirilən piyada əleyhinə minaya düşdükləri məlum olub. Belə ki, piyada əleyhinə minanın partlamasından sonra tank əleyhinə olan mina işə düşüb və hər iki şəxs həlak olub.
Hadisə nəticəsində vəfat edən şəxslərdən Orxan Xanatovun fotolarını təqdim edirik:
(Publika.az)
Çap