Rusiya Xairci İşlər nazirliyi Sergey Lavrov və Ermənistanlı həmkarı Ararat Mirzoyanla bu günkü telefon danışığının detalları barədə açıqlama yayıb.
Azpost.info bildirir ki, Rusiya XİN başçısı Azərbaycan -Ermənistan sərhəddinin delimitasiyası üçün işlərin tez bir zamanda başlanmasını istəyib.
S. Lavrov həmçinin Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin nəqliyyat və iqtisadi əlaqələrinin açılması ilə bağlı yaradılmış üçtərəfli işçi qrupundakı razılaşmaların praktik müstəviyə keçməsinin mühümlüyünü vurğulayıb. Tərəflər 26 noyabrda Soçi danışıqlarının reallaşması ilə bağlı məsələlərə diqqət yetiriblər.
Çap