ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aşıq Samirə Əliyeva olub.
Aşıq Samirə keçmiş həyat yoldaşını hələ də sevdiyini etiraf edib:
“Sevgisiz yaşamaq çətindir. Əlbəttə ki, sevirəm. Həyatımda biri yoxdur, amma ürəyimdə sevgi var. Nə yaxşı ki, sevirəm. Kim olduğunu demək istəmirəm. İnsan həyatda hərtərəfli bütöv ola bilmir. Tez-tez ağlayıram. Təklik pis şeydir. Bəzən bezirəm, başımı divara vurub ağlayıram. Amma bunu biruzə vermirəm. Çünki istəmirəm ki, uşaqlarım məni aciz görsün. Yenidən ailə həyatı qurmağı düşünmürəm. Yaşadıqlarımın xatirəsi bir ömür bəsimdir. Ailə quranda taxdığım üzüyü də indiyədək barmağımdan çıxarmamışam”.
Çap