Bu gün şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanlar arasında qadın və azyaşlı yoxdur.
Bu barədə "Report"un sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.
Tofiq Yaqubluya isə polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq.
Çap