"Yeni qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüş barədə danışarkən deyib. Dövlət başçısı bildirib ki, Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək.
"Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və səmimi söhbət olub", - Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan lideri qeyd edib ki, Rusiya Azərbaycan strateji tərəfdaşdan da artıqdır.
Çap