Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistan Türkiyə ilə münasibətlər qurmaq üçün Rusiyadan vasitəçilik göstərməyi xahiş edib. "Təsdiq edə bilərəm ki, Ermənistan İrəvanla Ankara arasına vasitəçilik üçün müraciət edib. Rusiya, bildiyiniz kimi, bunda maraqlıdır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün səylər göstərib, bizim ölkəmiz bundan sonra da bu işə mümkün dəstəyi göstərməyə hazırdır”, - Zaxarova deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamışdı ki, Türkiyə ilə münasibətlərin qurulmasına kömək etmək üçün Rusiya tərəfindən kömək istəyiblər. Lakin onun sözlərinə görə, Türkiyə tərəfi şərt irəli sürür ki, bu şərtlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır.//(virtualaz.org)
Çap