Karate üzrə Avropa və Dünya çempionu, Avropa Oyunlarının qalibi, “Şöhrət” ordeni almış karateçi Ayxan Mamayev xəstəxanaya yerləşdirilib.
Bu barədə karateçinin dostu sosial şəbəkə hesabında məlumat yayıb.
“Ayxanın kəskin böyrək çatışmazlığı var. Dünən özünü pis hiss edib. Böyük ehtimalla, soyuqdəymədən olub. Bədəni şişib və xəstəxanaya gətiriblər. Xəstəxanada məlum olub ki, böyrəklərində problem var. Bu gün onun özü ilə danışmışam, qırıq-qırıq danışır. Həkimlər onun nə vaxt ayağa qalxacağı barədə hələ bir söz demirlər”, - deyə bildirilib.(oxu.az)
Çap