“Sülh erası” açılmadan bağlandı. Nə qədər ki, Paşinyan hakimiyyətdədir, heç vaxt sülh olmayacaq.
Bu sözləri Ermənistan parlamentində “Mənim namusum var” partiyasını təmsil edən deputat Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, artıq gərginlik pikk həddə çatıb və Ermənistan Müdafiə Nazirliyi bunu cəmiyyətdən gizlətməkdə çətinlik çəkir:
“Sərhədin şərq hissəsində olan gərginlik artıq Müdafiə Nazirliyi tərəfindən təsdiqləndi. Biz qeyri-rəsmi mənbələr vasitəsilə sərhəddən xoşagəlməz hadisələr haqqında məlumat alırıq. Əldə etdiyimiz məlumatların hamısı bəd xəbərlərdir. Müdafiə Nazirliyinə məsləhət görürəm ki, doğru informasiyanı cəmiyyətdən gizlətməsin və xalqımız sərhəddə olan hadisələr haqqında dolğun məlumatlandırılsın. Bu həm hakimiyyət üçün, həm də xalq üçün xeyirlidir. Ən azından, panikanın qarşısını alın. Yoxsa, mənfi nəticələrlə üzləşəcəyik.”
Bildirək ki, son həftələrdə seperatçı erməni qruplaşmaları aktiv fəaliyyətə keçib və Azərbaycan ərazisində təxribatlara əl atır. Erməni terrorçuların tək-tük atəşləri dünəndən etibarən saatlarla davam edən atışmalara çevrilib.
Qeyd edək ki, az öncə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Ermənistana növbəti xəbərdarlıq edildi.//kaim.az
Çap