Menu
16 okt 23:31XƏBƏR LENTİ / Şou biznes

Sevda Yəhyayeva ərə getməyə hazırlaşır

Müğənni Sevda Yəhyayeva ARB TV-nin “Show News” verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib.
Sevda Yəhyayeva şəxsi həyatından danışıb:
“Dünənə qədər ailə qurmağı düşünmürdüm. Sadəcə karyera haqda fikirləşirdim. Artıq arzularımın çoxuna çatmışam. İndiyədək bu məsuliyyəti hiss etmirdim. Barmağımdakı sevdiyim üzükdür. Həmişə taxıram. Tək qaş üzükləri sevirəm.
Hər gün İnstaqramda sevgi etirafı alıram. Xoş sözlər yazırlar. Bunlar məni çox xoşbəxt edir.
Sevməmişəm, ona görə bu haqda danışmağa utanıram. Əsas odur ki, qarşıma çıxacaq adam insan olsun. Xoşbəxtlik maddiyyatda deyil”.
Çap
Komment Əlavə et