Menu
05 noy 22:46XƏBƏR LENTİ / Hadisə

Sabiq vəzifəli xanım və bacısı niyə həbs edildi? -389 min manatlıq dələduzluq

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın həbsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, A.Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edilib.
Belə ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq hərəkətləri davam etdirilir.
Çap
TOM
The Nike Air Force 1 Low “Glitch Swoosh” is now set to release in the coming weeks. Popular Shoes Blog

A new colorway of the Nike Air Max 97 is on the way with this new flavor of the model being ideal for the spring season. Designer Shoes Online

Komment Əlavə et