Menu
30 okt 16:17XƏBƏR LENTİ / Gündəm

Zorlanıb hamilə qalan 11 yaşlı qız DANIŞDI: “Atalığım mənə dedi ki...”

İmişli rayonunda atalığı tərəfindan zorlandığı deyilən azyaşlı qızın danışması ilə bağlı görüntülər yayılıb.
Mövzu ilə bağlı Baku TV süjet hazırlayıb.
Azyaşlı onu zorlayan şəxsin bu hadisə barədə heç nə danışmamasını deyib: “Dedi ki, heç kimə demə”.
Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını qeyd edib.
Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.
Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.
Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən bildirilib ki, ananın vəziyyəti yaxşı, uşağınkı isə ağırdır.
Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.

Çap
SUMPTUOUS SNEAKERS — Nike has yet to announce when its luxe low-top will officially be released, although a drop is expected within the coming months on SNKRS.  Cheap Designer Shoes

The latest Air Max 97 also utilizes a glow-in-the-dark outsole with contrasting purple suede panels and a bright crimson Swoosh as if it were a monster’s eyes glaring out at you from underneath the bed.  Shoe Discount

Komment Əlavə et