Menu
25 okt 21:24XƏBƏR LENTİ / Xarici

"10 səfirin Türkiyəyə qarşı Kavala bəyanatının arxasında Bayden var" - "New York Times"

"10 ölkə səfirinin Türkiyəyə qarşı Kavala bəyanatının arxasında Bayden hökuməti var."
Avropa.info xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "New York Times" qəzeti yazıb. 
Qəzetin dərc etdiyi məqalədə bildirilir ki, Ərdoğan hökumətinin Suriyada PKK/YPG terror təşkilatına açıq dəstək verən ABŞ administrasiyası ilə gərgin münasibətləri mövcuddur.  
Xəbərdə qeyd olunur ki, "persona non qrata" elan edildikdə, bu, həmin şəxsin ev sahibi ölkəni tərk etməli olması deməkdir. O da bildirilib ki, səfirlərə getmələri üçün dəqiq vaxt verilməyib və onların həqiqətən deportasiya edilib-edilməyəcəyi də bəlli deyil.

"Gələn ay COP 26 iqlim dəyişikliyi konfransına ev sahibliyi edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı da bu tədbirə dəvət edən İngiltərə isə bu bəyanatı imzalamayıb", - deyə "New York Times" qəzeti yazıb. 
Xatırladaq ki, oktyabrın 18-də ABŞ başda olmaqla 10 ölkənin Türkiyədəki səfiri diplomatik qaydalara zidd olaraq , 15 iyul dövlət çevrilişi cəhdində iştirakda ittiham olunan və hələ istintaqı davam edən Osman Kavalanın azad olunmasını tələb edən təhdidedici bəyanat yayıblar. Bundan sonra həmin səfirlər Türkiyə XİN-ə çağırılaraq onlara diplomatik qaydaları pozmaları xatırladılıb. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə səfirlərin bu addımını hədsizlik adlandırıb.
"Yatırlar, qalxırlar, Kavala, Kavala. Osman Kavala dediyiniz, Sorosun Türkiyə şöbəsidir. Ölkəmizdə olan 10 ölkənin səfiri bu adam üçün Xarici İşlər Nazirliyinə gəlir. Türkiyəni təhdid edirlər. Bu nə tərbiyyəsizlikdir? Siz bu ölkəni nə zənn edirsiniz? Bura Türkiyədir, Türkiyə. Bura bir qəbilə dövləti deyil. Bu Türkiyədir, şanlı Türkiyə. Türkiyədə həddinizi aşıb Xarici İşlər Nazirliyinə gəlib göstəriş verə bilməzsiniz. Xarici işlər nazirimizə lazımi göstərişləri verdim. Mən ona nə edəcəyimizi söylədim. Mən dedim ki, bir an öncə bu 10 səfirin  "istənməyən şəxs"  elan olunması ilə məşğul olsun. Çünki Türkiyəni tanıyacaqlar, anlayacaqlar, biləcəklər, bilmədikləri, anlamadıqları gün bu ölkəni tərk edəcəklər", - deyə Ərdoğan bildirib. 
Çap
TOM
“I got to meet a 101-year old WWII front-line nurse who had all her faculties and was just amazing, and it was an amazing day.” エア フォース 1 トラヴィス 偽物

TOM
And with this upcoming Air Force 1, a silhouette currently celebrating its 40th year, the brand is further showing off their creative side. M2K TEKNO REVIEWS

Komment Əlavə et