Menu
12 okt 16:08XƏBƏR LENTİ / Hadisə

DİN Bəxtiyar Hacıyevin şikayətini araşdırdı: 4 nəfər saxlanıldı

"+994 51 555 10 95 nömrəsindən yazıb, özlərini Kapital Bank əməkdaşı kimi təqdim edib, kartımda hansısa problemi araşdırmaq üçün kart nömrəsi və PİN istədilər. KapitalBank kartım olmasa da, bir az məzələndim, köhnə kartlardan nömrələri verdim, dələduz olduqlarını bildiyimi hiss etdikləri an blokladılar".
Siyasi fəal Bəxtiyar Hacıyevin bu paylaşımı Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb. Bu haqda DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib. O deyib ki, hadisə ilə bağlı 4 nəfər saxlanılıb:
"Bu məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Verdiyiniz dəqiq məlumata görə Sizə təşəkkür edirik".
Çap
Komment Əlavə et