“Ermənistanın Gümrü şəhərində İran vətəndaşlarının intensiv şəkildə evləri kirayəyə götürməsi halları müşahidə edilir”.
Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O vurğulayıb ki, bu məsələdə kifayət qədər müəmma var: “İran vətəndaşlarının Gümrüyə xüsusi marağının səbəbini araşdırmağa çalışdım. Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, onların bir qismi Rusiyaya qarşı casusluq ilə məşğuldurlar. Həmin evlərdən Rusiyanın 102-ci hərbi bazasi istiqamətindəki yol rahat müşahidə edilir. Odur ki, bu evlərdə yaşayan İran vətəndaşlarının Rusiya bazasına gətirilən və ya oradan çıxarılan maddi vəsaitləri izləyərək qeydə almaq imkanına malik olduqları şübhəsizdir.
Eyni mənbədən aldığım məlumata görə, İran xüsusi xidmət orqanlarının əməliyyatçıları Rusiya hərbçilərinə xidmət edən erməni qadınlarından casusluq aləti kimi istifadə edirlər.
Qısamüddətli maraq kəsişmələrinə baxmayaraq, İran Rusiyanı Qafqazda öz strateji rəqibi kimi görür. İranın xüsusi xidmət orqanlarının Gümrüdə fəallığı sistematik şəkildə həyata keçirilir və istisna olunmur ki, həmin qruplar tərəfindən yaxın zamanda Rusiyaya qarşı təxribatlar törədilə bilər”.(report.az)
Çap