Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) sabiq prezident Mixeil Saakaşvilinin həbsinin video görüntülərini paylaşıb. APA-ya istinadən bildiririk ki, görüntülərdə M.Saakaşvilinin polis əməkdaşlarının müşayiəti ilə həbsxanaya nəql edilməsi əks olunur. Qeyd edək ki, Gürcüstan DİN Mixeil Saakaşvilinin artıq Rustavi həbsxanasına aparıldığını açıqlayıb.