Menu
21 avq 22:08XƏBƏR LENTİ / Hadisə

İran saytında Qarabağı Ermənistan ərazisi kimi göstərən şəxs üzr istəyib

İranın “Jooiakar.com” saytında Qarabağa göndəriləcək işçilərin işə götürülməsi ilə bağlı elan yerləşdirilib.
Elanın mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və işğaldan azad edilmiş Qarabağ regionu Ermənistan ərazisi kimi göstərilib.
“Ermənistanın Qarabağ regionunda işləmək üçün ixtisaslı və qeyri-ixtisaslı ustalara ehtiyac var. İşçilərin saxlanması üçün bütün xərcləri şirkət öz üzərinə götürür”, - elanın mətnində deyilir.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi “Report”un sorğusu əsasında saytda elan yerləşdirən şəxslə əlaqə saxlayıb. Səfirlikdən bildirilib ki, elanı yerləşdirən şəxs Qarabağın Azərbaycana aid olduğunu bilməməsinə işarə edib və səhvinə görə Azərbaycan müsəlmanlarından üzr istəyib.
Saytın rəsmisi reklamı tezliklə “Jooiakar” saytından və bütün sosial şəbəkələrdən siləcəyinə də söz verib.






Çap
TOM
It has only been two days since Sotheby’s auctions opened for its exclusive Louis Vuitton x Nike Air Force 1 Lows and the sneakers are already selling for astronomical prices. air Max 95blog

Komment Əlavə et