Menu
14 avq 15:23XƏBƏR LENTİ / Hadisə

Bakıda ərini öldürən Günaydan şikayətçi olmadılar

Suraxanıda ərini öldürən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb. O, qətli ərinin işgəncələrindən, ona etdiyi əziyyətlərdən bezərək törətdiyini deyir.
Musavat.com xəbər verir ki, hadisə bu il martın 7-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində baş verib.
1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyidinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Günay Şıxəliyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutur.
Sonuncu məhkəmə iclasında şahidlər ifadə verib.
Həmin şahidlər Günay Şıxəliyevanın qonşusu olan qadınlar olub.
Şahidlər bildiriblər ki, Günay Şıxəliyeva həmişə mərhum əri Mahir tərəfindən döyülüb, işgəncələrə məruz qalıb.
"Günay namuslu, tərbiyəli, sakit qadın idi. Onların ailəsində problem olduğunu bilirdik. Mahir hər dəfə içəndə evdə dava olurdu"- deyə qonşular bildirib.
Prosesin davamında Günay Şıxəliyevanın vəkillər Vasif İsrafilov və Zakir Babazadə mərhumun hüquqi varisi olan bacısı Mətanət Sultanova təqsirləndirilən şəxsi bağlşlayıb-bağışlamadığını, şikayətçi olub-olmadığını soruşub.
Mətanət Sultanova cavab olaraq deyib: "Bağışlayan Allahdır. Mən kiməm ki? Mənim şikayətim yoxdur".
Bildirək ki, Mətanət Sultanovanın təqsirləndirilən şəxsi bağışlaması sadəcə Günayın cəzasının yüngülləşməsinə kömək edəcək.
Xatırladaq ki, məhkəmədə Günayın 16 yaşı tamam olmayan oğlu dindirilib.
O deyib ki, atası hər gün evə içkili gəlirdi: "Əsasız yerə söyüş söyürdü, dava salırdı. Sonuncu dəfə də evə içkili gəldi, anamı döydü. Yumruq vuran zaman qabağa keçdim. Zərbə mənə dəydi, yerə yıxıldım. Adətən yerində uzanıb meyxanaya qulaq asırdı. Yerə tüpürürdü, anamı çağırırdı ki, gəlib təmizləsin. Atam nə qazanırdısa arağa verirdi. Pulu da qurtaranda bizi göndərirdi ki, babamdan pul alaq".
Hakim ondan hadisə günü nə gördüyünü soruşub. 16 yaşlı gənc deyib ki, səhər anası onları oyadaraq babasıgilə göndərib:
"Polislərdən soruşdum ki, nə olub? Dedilər ki, anan atanı öldürüb".
Hakimlər Günaydan qətl törətməsinin və boşanmamasının səbəbini soruşublar.
Günay hər gün döyüldüyünü, şantaj olunduğunu deyib:
"Mən boşanmaq istəyirdim. Deyirdi ki, həyətdə əl bombası var. Aparıb atamın evinə atacaq. Biz nə vaxta qədər elə yaşayacaqdıq? Biz artıq yaşamırdıq, sürünürdük. Mənim övladlarım özünü öldürmək həddinə çatmışdılar. İntihar etmək istəyirdilər".
Qeyd edək ki, Günaya qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə...) maddəsi ilə ittiham irəli sürülüb.
Günay isə özünü qismən-Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilir.(İlkin Muradov, Musavat.com)

Çap
TT
Material innovation is central to Nike’s DNA. ACG, ISPA, and the brand’s famous Innovation Kitchen at its Beaverton, Oregon WHQ are a testament to that. NIKE Sacai LDWafflereviews

Komment Əlavə et