Yeni Zelandiyanın Otaqa Universiteti qlobal miqyasda yaşana biləcək fəlakətlərdə hansı ölkələrin ən təhlükəsiz yer olduğunu ortaya çıxaran araşdırma aparıb.Araşdırma qiyaməti xatırladan hallarda xəstəliklərin yayılmasının qarşısını almaq baxımından ən təhlükəsiz yerin adalar olduğunu söyləyir. Lakin təəssüf ki, hər ada coğrafi durumuna görə insanın yaşaması üçün əlverişli deyil.
Araşdırmada əhali, məkan, təbii qaynaqlara yaxınlıq, siyasi və ictimai xüsusiyyətlər kimi kriteriyalara yer verilib. Məlum olub ki, qiyamətdən qaçmaq üçün ən əlverişli ölkələr Avstraliya, Yeni Zelandiya və İslandiyadır. İlk onluqda yer alan ölkələr arasında Malta, Yaponiya, Baham adaları, Trinidad, Tobaqo, Keyp Verde, Barbados və Madaqaskar da var.
Araşdırmanı yayımlayan elmi komandada yer alan Nik Uilson insan nəslinin tükənməsinə yol aça biləcək bir epidemiya yayılmaslının ehtimalının, əhali sıxlığı, qloballaşma və biotexnologiyadakı irəliləyişlərdən ötre heç olmadığı qədər yüksəldiyini bildirib. Uilson belə bir epidemiyanın insanların nəslini kəsməsə belə, insan potensialına qalıcı zərərlər verə biləcəyini söyləyib.(publika.az)
Çap