“Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyalarının iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcəyini açıqlayıb.
“Ölkə.az”-a istinadən
xəbər veririk ki, sözügedən xəbər vətəndaşlar arasında çaşqınlığa səbəb olub. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonları ictimai nəqliyyat fəal göstərmirdi.Yalnız ötən həftələrdə Avropa çempionatı ilə əlaqədar iyunun 12-si və 20-si həftəsonuna təsadüf etməsinə baxmayaraq ictimai nəqliyyatın fəaliyyətinə icazə veriləcəyi bildirlirdi.
Bu gün isə metropoliten məlumat yayaraq iyun ayı ərzində metro stansiyalarının hər gün işləyəcəyini açıqladı.
Bu da paytaxt sakinləri arasında həftəsonları da metropolitenin işləyib işləməyəcəyi ilə bağlı suallar doğurub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Ölkə.az” a açıqlamasında məsələyə aydınlıq gətirib. O deyib ki, bundan sonrakı bütün həftəsonları da daxil olmaqla iyunda metropoliten fəaliyyət göstərəcək.
“Bu qərara həftəsonları da daxildir” – qurum rəsmisi bildirib.
B.Məmmədov söyləyib ki, qərar iyun ayı üçün keçərlidir.
Çap