Hadisə Keşlə qəsəbəsi, Sabir küçəsində əslən Gəncə şəhərindən olan Vüsal Xəlilovun kirayə yaşadığı mənzildə baş verib.
Həmin ünvanda yaşayan 37 yaşlı Vüsal Xəlilov 27 bıçaq zərbələri ilə qətlə yetirilib.
Hadisə vaxtı mərhumun həyat yoldaşı və azyaşlı uşaqları evdə olublar.
Qətlə yetirilən Vüsal Xəlilovun həyat yoldaşı bildirib ki, ərini öldürən şəxs çox güman ki, onu tanıyıb və cinayəti qısas məqsədi ilə törədib.
Təxirəsalınmza istintaq əmliyyat tədbirləri nəticəsində iki gündən sonra polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Paşa Qələndərovu yaxalayıblar.
İş üzrə dindirilən şəxs Xəlilovu qətlə yetirdiyini etiraf edib.
İstintaqla müəyyən olunub ki, Paşa Qələndərov "28Mall" ticarət mərkəzindəki mağazanın meneceri Vüsal Xəlilov tərəfindən işlədiyi anbardan vəzifəsindən azad edilməsini özünə qarşı ədalətsizlik kimi qəbul edib.
Bu məqsədlə qisas almaq məqsədi ilə Vüsal Xəlilovu öldürmək qərarına gəlib.
Niyyətini həyata keçirmək üçün Qələndərov Vüsal Xəlilovu iş yerindən mənzilinə kimi izləyərək yaşadığı ünvanı dəqiqləşdirib. Növbəti gün saat 21:00 radələrində həmin qəsəbəyə gəlib. Evin işıqlarının yanmadığını görüb Vüsalın qayıtmasını gözləyib. Təxminən 1 saatdan sonta Xəlilov ailəsi ilə birgə evə gəlib. Onların ardınca Paşa evə tərəf gələrək qapını döyüb. Vüsal qapını açan kimi evə daxil olub və ona bıçaqla çoxsaylı zərbələr endirməyə başlayıb.
Arvadı Esmira və azyaşlı uşaqların gözü qarşısında Vüsal Xəlilova 27 bıçaq zərbəsi vurub.
Qadın uşaqlarla yataq otağına qacıb qışqırmağa başlayıb. Paşa qadının üzərinə bıçaqla gedərək qışqırmamasını tələb edib.
Daha sonra dəhlizdə yaralı vəziyyətdə olan Vüsal Xəlilovun yanına qayıdaraq onun boğazını kəsib və hadisə yerindən qaçıb.
Paşa Qələndərov məhkəmədən ona cəza təyin olunarkən əvvəllər məhkum olunmamasını, gəncliyini və törətdiyi əməldən peşman olmasını nəzərə almağı xahiş edib.
Məhkəmə qərara gəlib ki, Qələndərovun cinayət əməli 120.2.4-cü (xüsusi amansızlıqla qəsdə adam öldürmə), 134-cü(öldürmə ilə vəya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü(qanunsuz olaraq soyuq silahı əldə etmə) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinın hökmü ilə Paşa Qələndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan Qələndərov apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi onu şikatəyini təmin etməyib və 1-ci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.(olke.az)