Ona qarşı yeni, “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Bundan əvvəl o, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə ittiham olunurdu. Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.
Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.
Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qaldıqdan sonra vəfat edib.(olke.az)