Menu
25 may 20:35XƏBƏR LENTİ / Gündəm

COVID paportu necə əldə olunur? - SADƏ ÜSUL

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində COVID pasportunun zərurəti barədə açıqlamalar verildi.
COVID pasportu dedikdə, vaksin və immunitet sertifikasiyası nəzərdə tutulur.
Belə ki, gələcəkdə sözügedən sənədi olan şəxslərə bəzi xidmətlərə çıxış icazə veriləcək. Buraya konsertlər, teatrlar, kinoteatrlar və nəhayət toylar, o cümlədən digər şənliklər aiddir.
Ölkə.Az-ın xəbərinə görə, vətəndaşlar COVID pasportunu əldə etmək üçün "e-Təbib" tətbiqini mobil telefonuna yükləməklə şəxsi kabinet yaratmalıdır. Tətbiqin sağ tərəfində "Menyu"dan "Covid-19 immunitet" və ya "Covid-19 vaksin" sertifikatı olan hissəyə toxunmaq lazımdır. Beləliklə, "pdf" formatında pasport smartfona (mobil telefona - ölkə.az) yüklənəcək.
Bu sənədi mobil cihazda saxlamaq və ya çap edərək kağız şəklində əldə etmək olar.
Qeyd edək ki, tətbiqi aşağıda göstərildiyi kimi telefonunuza yükləyə bilərsiniz:
- İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin;
- Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;
SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;
Həmçinin bildirək ki, vətəndaşlar e-gov.az portalı vasitəsilə də müvafiq prosedurdan (qeydiyyat və ya şəxsi kabinetə daxil olduqdan sonra - redaktor) sonra sənədi əldə edə bilərlər.(olke.az)
Çap
Komment Əlavə et