"Azərbaycanlılar və gürcülər əsrlər boyu birgə yaşayıblar. Azərbaycanlılar bizim qardaşlarımızdır".
“Report”a istinadən xəbər veririk ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Dmanisidə jurnalistlərə açıqlamasında deyib.O vurğulayıb ki, rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir: "Etnik azərbaycanlılar ilk növbədə, bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqdim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik".
Çap