“Fitrə zəkatını çıxarmayan şəxslərin ibadəti və orucu qəbul olunmaz. Lakin bəzi ibadətlər var ki, onlar insanın maddi vəziyyəti ilə əlaqədardır. Məsələn, imkanı olan şəxslərə Həcc ziyarəti vacib olur. Gündəlik ehtiyaclarını qarşılaya bilməyən insanların özlərinə fitrə zəkatı verilir. Ona görə də kimin imkanı yoxdursa, narahat olmasın ki, orucu qəbul olunmaz”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi nümayəndəsi, “Məşədi Dadaş” məscdinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
Din xadimi bayram namazının qılınma vaxtı ilə bağlı suallara aydınlıq gətirib:
“Bayram namazı səhər saat 8.00-9.00-da qılınsa, yaxşıdır. Ümumiyyətlə, bayram günü (13 may - ölkə.az ) gün çıxdıqdan sonra bayram namazının qılması tövsiyə olunur. Bu namazı günortaya qədər yerinə yetirmək lazımdır”.
Ölkə.Az
Çap