"Bir anlıq o qızın yerinə özümü qoydum. Anama da dedim ki, həmin an onun yerində məni təsəvvür edərdin”.
“Ölkə.az” xəbər verir ki, bu sözləri Lənkəranda döyülən gəlinin baldızı "Səni axtarıram" verilişində aparıcı Xoşqədəm Baxşəliyeva ilə telefon danışığı zamanı deyib.
Baldız bildirib ki, gəlinin döyülməsinə səbəb onun natəmiz olmasıdır:
“Anadır, ona haqq qazandırmıram. Anam xəstə olduğu üçün onunla danışa bilmədim. Çəkən xanıma da sözüm var ki, gedib əlindən alardı, ona kömək edərdi. 7 bacıyıq, hamımız ailəliyik. Mən qızıma o tərbiyəni vermərəm ki, döyülsün. Gəlin natəmiz olduğu üçün döyülüb. Biz anamıza deyirik ki, bunu belə görüb qəbul eləmisən".
Çap