Menu
12 apr 18:27XƏBƏR LENTİ / Gündəm

İlham Əliyev: "Biz cavab istəyirik!"

“Şuşanı bax bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən çıxışı zamanı deyib. Prezident Hərbi Qənimətlər Parkındakı “İsgəndər-M” raketlərinin qalıqlarını nəzərdə tutaraq deyib ki, artıq Azərbaycanın əlində əyani sübutlar var .
"Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün”.
İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu Şuşanı azad edəndən sonra Ermənistan “İskəndər-M” rakatelərindən istifadə edərək, Şuşanı dağıtmağa çalışıb. 
"Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik”, - Prezident deyib.

Çap
sad
El director creativo de MSCHF, Kevin Wiesner, explicó que MSCHF había aprobado la colaboración con Nike llamada Satan Shoe con Lil Nas X como «100 por ciento legal» antes de su lanzamiento.  Trendy Shoes

Komment Əlavə et