"Erməni ordusu indi elə bir vəziyyətdədir ki, ayıq düşüncəli istənilən adamın ağlına revanş fikri gəlməz".Bunu Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan Rusiyanın birinci kanalında yayımlanan "Pozner" verilişinə müsahibəsi zamanı deyib.
"Buna görə də vəziyyətə bu cür baxmaq lazımdır: münaqişəyə son qoymaq istəyiriksə, ədalətli həll yolu tapmalıyıq”-deyə, o bildirib.
Koçaryan Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü siyasəti kəskin tənqid edib:
"Yeni hökumətin (Nikol Paşinyan hökuməti - Red) Ermənistana gəlişi ilə, erməni tərəfi yeni tələblər irəli sürməyə başladı və onlardan əvvəl olan hər şey sıfırlandı. Sonra separatçıların iştirakı olmadan danışıqların aparıla bilməyəcəyi düsturu irəli sürüldü, sonra “Qarabağ Ermənistandır” və bununla da hər şey bitdi".(publika.az)
Çap