Bərdə rayonundan olan 9 və 6 yaşında olan bacı-qardaşı valideynləri atıb.Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladı ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər.
“Uşaqlar əvvəlcə “Səni Axtarıram” verilişinə aparılıb. Daha sonra bura gətirilib. Ata deyir ki, ana "səy"dir, ana deyir ata "qoca səydir". Bir-birlərinə "səydərək" deyən valideynlərin vicdansızlığının bədəlini kim ödər? Əlbəttə ki, bu iki uşaq”, - deyə Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, bununla bağlı Bərdə rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar məlumatlandırılıb.
Məsələ ilə əlaqədar Bərdə rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumun Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Əlzamin İsayev
BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə araşdırma aparacaq və nəticə barədə məlumat verəcək.(musavat.com)
Çap