Menu
24 mar 18:36XƏBƏR LENTİ / Xarici

Covid-19 vaksinini kəşf edənr məşhur türkiyəli cütlük: İnsan ömrü uzadıla bilər

“Hazırda rejenerativ tibb sahəsində bir çox araşdırma aparılır. Prinsipcə, müalicə yolu ilə insanların ömrünün əhəmiyyətli dərəcədə uzadılması bioloji olaraq düşünülə bilər”.

Bu sözləri “BioNTech” şirkətinin qurucuları olan türkiyəli cütlük Özlem Türeci və Uğur Şahin “Axel Springer”in rəhbəri Matthias Döpfner ilə gerçəkləşdirdikləri reportaj zamanı deyiblər.

Ö.Türeci insan ömrünün uzadılması mövzusunda hazırda çox sayda araşdırmanın aparıldığını bildirib. U.Şahin isə qeyd edib ki, bu, yalnız hüceyrələrin yenilənməsi ilə deyil, orqanların bərpası ilə də əlaqəlidir: “Ancaq burada vacib sual budur: Yaşlanmamıza səbəb olan nədir? Yaşlanmamızın və ya bu qədər sürətlə qocalmamızın lazımlı bir səbəbi yoxdur. Bu, çox maraqlı və olduqca həyəcanlı bir araşdırma sahəsidir”.
Reportajı gerçəkləşdirən M.Döpfner qeyd edib ki, ideal olan ölməzlikdir: “Prinsipcə həkimlər xəstələrin ölməsini istəmirlər, onların həyatlarını qurtarmaq istəyirlər, insanların ömrünü uzatmaq istəyirlər”.
U.Şahin əlavə edib ki, ölümsüzlük ehtimalı azdır, ancaq çox uzun ömürlülük mümkündür”. (publika.az)

Çap
Akin to Air Jordan styles produced to commemorate the first film in the “Space Jam” franchise, hairy suede appears on the shoe’s profile swooshes and upper heel panels; instead of borrowing a color palette from the iconic “wabbits,” however, these components boast an eye-catching “Light Blue Fury” that matches the Tune Squad’s new uniforms. Stylish Shoes

Komment Əlavə et