Azərbaycan Tibb Universiteti tələbələri arasında koronavirusa kütləvi yoluxma halının olması barədə yayılan məlumatlara münasibət bildirib.Universitetdən verilən məlumata görə, tələbələr arasında kütləvi yoluxma yoxdur. İndiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib: "Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.
ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür". (trend)
Çap