Birləşmiş Millətlər Təşkilatının sədri Antoniu Quterreş koronavirusa qarşı təcili qlobal vaksinasiya proqramı qəbul edilməli olduğunu deyib. Quterreş vaksinin ədalətli bölgüsü üçün “Böyük İyirmilik” ölkələrinin iştirakı ilə işçi qrup yaradılmasını da təklif edib.
“COVID-19-a qarşı istehsal olunan vaksinin 75%-i 10 ölkə tərəfindən istifadə olunub. Bununla yanaşı, 130-dan artıq ölkə 1 dənə olsun vaksin dozu almayıb”- deyə Baş katib etiraz edib.
O, vaksinasiya prosesinin qeyri-bərabət və ədalətsiz aparıldığını söyləyib. BMT Baş katibi xüsusən, münaqişə zonalarında qalan insanların COVID-19-a qarşı zəif düşə biləcəklərini əlavə edib.(modern.az)
Çap