Menu
05 fev 18:33XƏBƏR LENTİ / Hadisə

Suqovuşan və Talışa qanunsuz daxil olanlar cərimələndi

Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərinə gizli yollarla daxil olmağa çalışan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.
Fevral ayının 4-də Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də, Orxan Məmmədov və Dağıstan Şahvələdovla birlikdə işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olsalar da polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə B.Mahmudov, O. Məmmədov və D.Şahvələdovun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib və hər biri 200 manat miqdarında cərimə edilib. Ş. Mahmudov barəsində isə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Çap
GUN
Always keep it locked to KicksOnFire for the latest in sneaker news, release dates and where to purchase your favorite kicks. air Max 95blog

Komment Əlavə et