Menu
07 yan 14:48XƏBƏR LENTİ / Gündəm

İkinci Qarabağ qazisi intihar edib

Vüsal dostum İlhamın yeznəsi idi. Döyüşdə olduğunu qaynatası (dostumun atası) Paşa əmidən öyrənmişdim. Yaralandığını da bilirdim. Bir gün İlham zəng edib onun vəziyyətinin yaxşı olmadığını dedi. Getdik baş çəkməyə... Mən onu görəndə psixoloji durumu yaxşı deyildi. Hospitaldan təzəcə gəlmişdi. Evin içində oyanbuyana gəzişib, öz-özünə: "Mən necə kişiyəm?! Mənə ayıb olsun ki yoldaşlarımı qoyub hospitala qaçdım! Allah məni bağışlamasın, şəhidlərin qanı mənə qənim olsun" - deyirdi. Onu sakitləşdirdim. Yaddaşı itmişdi. Mənim kim olduğumu soruşanda "yuxardan" gəldiyimi dedim. Başladı mənə yalvarmağa ki, Məni tut apar türməyə, mən yaralanıb dostlarımı tək qoydum... Həqiqətən vəziyyəti çox ağır idi. Ailəsi, hətta körpə balaları da ona baxıb ağlaşırdı. Vüsal kimsəyə məhəl qoymurdu. Elə hey özün qınayırdı... Ondan ayrılıb Goranboya gələndə yolda İlhamla Vüsal haqqında danışdıq. Belə məsləhətə gəldik ki, onun şəklin paylaşaq və yaxşı bir psixoloq tapaq. Həqiqətən Maddi problem yox idi. Necə deyərlər tərəzinin bir gözünə Vüsalı bir gözünə də pul kisəsi qoyacaq qədər normal idi Maddi durum. Qazimizin özü fermer təsərrüfatı ilə məşğul olurdu. Ancaq buna baxmayaraq hər şeyi atıb cəbhəyə getmişdi... 
Deməli, o, Tovuz döyüşlərindən sonra hərbiyə gəlir. Hərbi hissələrin birində BTR-də (Döyüş maşını) sürücü-mexanik kimi xidmət edir. Vətən müharibəsi zamanı Ağdərə istiqamətində iki döyüş əməliyyatında iştirak edir. Sonuncu döyüşü Talış kəndi istiqamətində baş verir. Həmin döyüşdə yaxınlığa düşən minaatan mərmisi Vüsalı maşına cırpıb. O aldığı kəllə-beyin travması səbəbindən Bakıya göndərilir. Müalicə olunsada psixologiyası yerinə gəlməmişdi. Sonuncu döyüş o qədər ağır olur ki, o döyüş meydanından təxliyə olunanda elə bilir ki, yoldaşlarının hamısı öləcək. Elə də ağlında qalmışdı. Yaddaşı və nitqi yerində deyildi. Heç nə yemirdi... Təssüf... Özümüzün diqqətsizliyi düşmən mərmisindən daha öldürücü oldu. Döyüş meydanında düşmənin ala bilmədiyi canı, Bakının mərkəzində, hərbi hospitalda baxımsızlıq aldı. Halbu ki, həkimlərə Vüsalın ailəsi onun intihara cəhd etmək istədiyini demişdi. 
Əzizim Vüsal, ruhun şad olsun! Sən Vətən yolunda sağlamlığını, vicdan yolunda canını qurban verib, bizə sözün əsl mənasında vicdan dərsi keçdin. Beynindən aldığın travma və son gördüyün döyüş səhnəsi səni aldadırdı. Ki... sən onları qoyub çıxmısan. Xəstə halınla vicdanına sığışdırmadın... Başda Allahşükür - otuz neçə ildir bütün Qafqazın şeyxi işləyir, vicdanın nə olduğun bilmədiyini deyən şeyximiz olmaqla hamıya bir-bir dedin ki, vicdan nə deyilən şeydir. Sən artıq bu dünyanı, bizi tərk etdin. Vicdanı olan sənə görə rapotun yazıb səmimi etiraf etməlidir ki, mən bu işi bacarmıram. Amma yenə deyirəm: Vic-dan!... 
Bütün şəxsi heyətə fərəqət!!! Diqqət Silahlı Qüvvələrin Hərbi Hospitalına!!! Mexanik Vüsal Musayev, Vətəni və vicdanı qarşısında sonuncu döyüş tapşırığını şərəflə yerinə yetirdi...

Elgün Gəncimsoy
Çap
fun
That’s how I got into it, but after that, when I was 17, I started to collect sneakers.  Shoes Sale Blog

Komment Əlavə et