"Əvvəllər Azərbaycan SSR-in tərkibində olmuş Ağkənd (Spitakaşen) kəndi birbaşa sərhədin o tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətti çəkir”.
Ümumilikdə kənddə 3-4 ailə yaşayıb. Onlar isə sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Azərbaycanın nəzarəti altına keçən Ağkəndi tərk etməyə başlayıblar.
Qeyd edək ki, ermənilər Qafan şəhərinin 2 kilometrliyində yerləşən kəndi tərk edərkən evləri yandırırlar. Xatırladaq ki, Ağkənd Sovet dövründə Zəngilan bölgəsinin bir hissəsi olub.(qaynarinfo.az)