Menu
30 sen 00:01XƏBƏR LENTİ / Şou biznes

Fədayə Laçın Hepatit C xəstəliyindən əziyyət çəkir

"Müğənni Fədayə Laçın Hepatit C xəstəliyindən əziyyət çəkir. Fədayə Laçın azad edilmir ki, başqalarına dərs olsun".

Musavat.com xəbər verir ki, bu sözləri müğənninin vəkili Türkel Süleymanlı mətbuat konfransında deyib: "Biz daha öncə də Fədayənin xəstəliyi barədə açıqlama vermişdik. Əlimizdə həkim kağızları var. İfaçı Fədayə Laçın Hepatit C xəstəliyindən əziyyət çəkir. Dərmanlar qəbul etsə də, həbsxana həyatı onun üçün dözülməzdir. Sabah səhhəti ağırlaşsa, kim cavab verəcək?  Onun xəstəliyi nəzərə alınmalıdır. Həbsdə saxlanılmasına səbəb başqalarına dərs verməkdir. Azad edilməsə də, cəza verilsin ki, biz də işimizi bilək. Laçının ağır həyat yaşaması, ailəsini dolandırması nəzərə alınmalıdır. Fədayənin cinayət törətmək fikri olmayıb. O, səmimiliyinin qurbanı olub. Hər dəfə polisə çağrılanda gedib, qaçmaq fikri olmayıb".

Çap
Komment Əlavə et