"Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib.
"Report"un məlumatına görə, səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular yer alıb. Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıb. Qeyd edək ki, legioner futbolçular da Ağdam şəhərinə aparılıb. Xatırladaq ki, Ağdam noyabrın 20-i işğaldan azad olunub.
Çap