Menu
07 noy 19:45XƏBƏR LENTİ / Gündəm

Düşmən Bərdəni yenidən raketlə vurdu

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Musavat.com hadisədə həlak olan yeniyetmənin fotosunu təqdim edir:
a5462279-b678-436f-bdcf-62a396c710f5.jpg (60 KB)
Çap
TOM
And while some Nike product will still be present at the shoe chain for the time being, the quantities will be small. Shoe Discount

Komment Əlavə et